Bu il ən böyük Super Ay səmada oktyabrın 17-də müşahidə oluna bilər – həmin gün tam fazada Ay planetimizdən minimum məsafədə olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Moskva Planetarium” məlumat yayıb.
Nəşr qeyd edir ki, oktyabrın 17-də saat 04:47-də Ay 2024-cü ildə Yerə ən yaxın məsafədə - öz orbitinin perigeyində 357 172 km məsafədə olacaq.
Sentyabrın 18-də səmada 2024-cü ilin ikinci ən böyük tam ayı görünəcək, lakin həmin gün Aydan Yerə olan məsafə oktyabrdakından daha çox olacaq.
Super Ay Ay və Yerin bir-birindən minimum məsafədə (perigedə) olduğu böyük tam aydır. Bu zaman Ay vizual olaraq ən uzaq nöqtəni (apogeyi) keçdiyi vaxtdan 14% daha böyük görünür.
Qeyd edək ki, əvvəlki Super Ay avqustun 19-da müşahidə edilib.