Gürcüstandan Rusiya kəşfiyyatının ABŞ-nin planları ilə bağlı açıqlamasına REAKSİYA

 26-08-2024

"Hətta Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatı olmasa belə, ABŞ-nin ölkədə inqilab yaratmağa çalışdığı aydın görünür".

Bunu hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi şəhərinin meri Kaxa Kaladze deyib.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti bildirmişdi ki, Ağ Ev oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdır.

"Amerikalılar Gürcüstanda rəngli inqilab hazırlayırlar", - Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd etmişdi.

"Tbilisi Maydanı"nda səsvermə zamanı saxtakarlığa dair sübutları ictimaiyyətə açıqlamaq, seçkinin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır", - açıqlamada qeyd edilirdi. Rusiya Xarici Kəşfiyyat Xidməti onu da vurğulayıb ki, amerikalılar "Gürcü arzusu"nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün seçkiqabağı həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər.(Oxu.az)

 

Bənzər yazılar

0.093918085098267