Pavel Durovun həbs müddəti avqustun 28-də başa çatır

 26-08-2024

“Telegram”ın yardıcısı Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.

“Onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər”, - deyə prokurorluğun məlumatında qeyd olunub.

Onu da qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi "Telegram" mesencerinin yaradıcısı Pavel Durovun saxlanılmasını şərh etməkdən imtina edib. 

Agentlik Xarici İşlər Nazirliyindən Durovun saxlanmasına münasibət bildirməyi xahiş edib. Lakin nazirlik nümayəndələri məhkəmənin müstəqilliyinə təsir etməmək üçün bunu etməyəcəklərini bildiriblər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml "Telegram"ın yaradıcısının konkret nədə ittiham olunduğunu bilmir. O, həmçinin Durovla bağlı vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb.

Bənzər yazılar

0.065633058547974