Amerikalı senatordan İsrailə təhlükəli MƏSLƏHƏT

 26-08-2024

Ötən ilin payızında İsrailə hücum zamanı Fələstinin Həmas hərəkatı tərəfindən əsir götürülən girovların azad edilməsi İrandan asılıdır. 

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem  bildirib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti bu prosesdə irəliləyişə nail olmaq üçün Tehrana təzyiq göstərə bilər.

“Mən İsrail dövlətinin yerində olsaydım, İranın Ali Rəhbəri Əli Xameneiyə deyərdim ki, bu insanlar evə qayıtmasalar, biz sizin neftayırma zavodlarınızı partlatacağıq”, - Qrem bildirib.

HƏMAS 2023-cü ilin oktyabrında İsrailə hücum edərək çoxlu mülki şəxsləri və hərbçiləri girov götürüb. Buna cavab olaraq Təl-Əviv Qəzza zolağında hərbi əməliyyata başlayıb. Fələstin anklavının dağıdılması, beynəlxalq ictimaiyyətin, xüsusən də İslam ölkələrinin qınağına səbəb olub. Eyni zamanda, İsrail HƏMAS-ın tamamilə məhv edilməsini müdafiə edərək, öz hərəkətlərini dayandırmaq niyyətində olmadığını açıqlayıb.

Elvin

Ölkə.az

Bənzər yazılar

0.062973976135254