Efiopiyada torpaq sürüşməsi, ölənlər var

 25-08-2024

Efiopiyanın şimalında, Amhara əyalətində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, təbii hadisə avqustun 24-ü axşam saatlarında Qonder şəhərinin şimal bölgəsində baş verib. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Bundan əlavə, təbii fəlakət səbəbindən 2 mindən çox insan təxliyə edilib, onlar hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.

Bənzər yazılar

0.063951969146729