İlon Mask "Telegram"ın təsisçisinin saxlanılmasına münasibət bildirib

 25-08-2024

Amerikalı milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask "Telegram"ın təsisçisi və baş direktoru Pavel Durovun Fransada saxlanılmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, İlon Mask bu barədə özünün "X" hesabında yazıb:

"2030-cu ildə Avropada memi bəyəndiyinizə görə edam ediləcəksiniz" , - İ.Mask qeyd edib.

Xatırladaq ki, "Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.

P.Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Onu 20 ilə qədər həbs gözləyir.

Bənzər yazılar

0.063552141189575