Gədəbəy Rayon İcra Hakimiyyəti İcra başçısının müavini işdən çıxarıldı

 23-08-2024

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Valeh qızı Allahverdiyeva vəzifəsindən azad olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəyin icra başçısı Orxan Mürsəlov bununla bağlı müvafiq sərəncam imzalayıb.

V.Allahverdiyeva Gədəbəy Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini də icra edib.

Onun yerinə hələ ki təyinat yoxdur.

 

Bənzər yazılar

0.058688879013062