Rusiyaya məlumat ötürən politoloq Kiyevdə saxlanılıb

 27-03-2022

“Rusiyanın təbliğat kanallarında tez-tez çıxış edən  rusiyapərəst politoloq Mixail Poqrebinski Kiyevdə saxlanılıb”.

MillətinSəsi.info xəbər verir ki, bu  barədə  ukraynalı jurnalist Andrey Tsaplienko məlumat yayıb.

Mixail Poqrebinski dövlətə xəyanətdə və qanunsuz varlanmada şübhəli bilinir.

Qeyd olunur ki, martın 26-da hüquq-mühafizə orqanları Poqrebinskinin Kiyevdəki mənzilində axtarış aparıb. Müstəntiqlər bildiriblər ki, Poqrebinskinin rəhbərlik etdiyi Kiyev Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzi davamlı olaraq Ukrayna cəmiyyətinin əhval-ruhiyyəsini öyrənir və alınan məlumatlar Ukrayna ilə bağlı siyasətin planlaşdırılması üçün Rusiya rəhbərliyinə ötürülür.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, “Poqrebinski Ukraynaya qarşı xüsusi informasiya əməliyyatları ilə bağlı Rusiya Federasiyasına məsləhətlər hazırlayıb göndərib”.

Həmçinin bildirilib ki, Poqrebinskidə aparılan axtarışlar zamanı “ukraynalıların guya 46%-nin Rusiya prezidenti Vladimir Putini dəstəkləməsi” ilə bağlı sorğuların nəticələri üzə çıxıb.

Bənzər yazılar

0.28866982460022