İcra başçısının seçkidəki rəqiblərinin heç biri işləmir

 12-08-2024

112 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınan 7 namizəd arasında yalnız bir nəfər məşğul şəxs var.

Yeniavaz.com xəbər verir ki, dairə üzrə qeydə alınan namizədlərdən yalnız Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məşğul şəxs hesab olunur.

Digər namizədlərdən 5 nəfəri işsiz, 1 nəfər isə pensiyaçı olub.

Açıqlanan məlumatlardan belə görünür ki, işləməyən namizədlərin ən yaşlısının 39, ən gəncinin isə 26 yaşı var.

Məlumat üçün bildirək ki, deputatlığa namizədliyi 112 saylı Zaqatala seçki dairəsində qeydə alınan Asif Əsgərov 2 sentyabr 2015-ci ildən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Asif Əsgərov 25 iyun 2009-cu ildən 2015-ə kimi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Daha əvvəllər isə (15 fevral 2006-25 iyun 2009) Zaqatalada icra başçısı olub. Asif Əsgərov icra hakimiyyəti strukturuna gəlməzdən əvvəl Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini vəzifələrində çalışıb.

Bənzər yazılar

0.063163995742798