2023-cü ilin 19-20 sentyabr tarixlərində antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.
“Qafqazinfo” xəbər verir ki, filmin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilir. “Qələbəyə gedən yol” adlı 30 dəqiqəlik ekran işi sentyabrda tamaşaçılara təqdim olunacaq.
Filmin quruluşçu rejissoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.
Qeyd edək ki, Xələfov Tapdıq Vidadi oğlu 1996-cı il mart ayının 29-da Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. T. Xələfov sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.