Vasif Talıbovun zamanında yaradılan daha bir qurum bağlandı

 12-08-2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsisçisi olduğu "Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq MMC ləğv olunma barədə qərar verib.

Qeyd edək ki, "Texniki Servis Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun tapşırığına əsasən təsis edilib. Mərkəz 2022-ci ildə müasir texniki avadanlıqlarla təchiz olunub.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.
 

 

Bənzər yazılar

0.062564134597778