Belarus və Ukrayna arasında HƏRBİ-SİYASİ GƏRGİNLİK - Bu məsələ qaldırıla bilər

 11-08-2024

Belarus Ukrayna diplomatik missiyasının Minskdə davam etdirilməsinin məqsədəuyğunluğu məsələsini qaldıra bilər.

"Publika.az" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkili Olqa Timuşa bildirib.

“Əgər Ukraynanın Belarusdakı diplomatik missiyası bu cür təxribatların qarşısının alınmasına təsir göstərə bilməsə, Belarus tərəfi Minskdə mövcudluğunun davam etdirilməsinin məqsədəuyğunluğu məsələsini qaldıracaq”, - mesajda deyilir.

Belarus XİN ukraynalı diplomata kəskin etiraz edib. Buna səbəb Ukrayna ərazisindən buraxılan bir qrup pilotsuz uçuş aparatının Belarusun dövlət sərhədini pozması olub.

Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyi öz ərazisini qorumaq üçün bir sıra cavab tədbirləri görəcəyini bəyan edib.

Sözügedən hadisə avqustun 9-da baş verib. Ukrayna ərazisindən buraxılan bir qrup hücum pilotsuz təyyarəsi Belarus Respublikasının sərhədini pozub. Nəticədə pilotsuz təyyarələri vuran hava hücumundan müdafiə sistemləri işə salınıb. 

 

Bənzər yazılar

0.066989898681641