ABŞ Ukraynanı silahlandırır: Bu dəfə böyük məbləğ xərclədi

 10-08-2024

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ Ukraynaya 125 milyon dollar dəyərində əlavə hərbi yardım edəcək.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

ConKirbi bildirib ki, yeni yardım paketi" Rusiyanın təcavüzünə müqavimət göstərməyə davam edən Ukraynaya sarsılmaz dəstəyi” vurğulayır.

ABŞ dövlət katibi Entoni Blinken aydınlaşdırıb ki, yardım hava hücumundan müdafiə sistemləri üçün raketlər, raket sistemləri və artilleriya üçün sursat, radarlar və tank əleyhinə silahlardan ibarət olacaq və ABŞ ehtiyatlarından veriləcək.

ABŞ dövlət katibi Entoni Blinken əmindir ki, avadanlıq Ukraynaya öz qoşunlarını qorumağa və bütün döyüş təmas xətti boyunca imkanlarını artırmağa kömək edəcək. İyulun sonunda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan edib ki, ABŞ-ın dövlət borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçməsinə baxmayaraq, Vaşinqton Ukrayna münaqişəsinə böyük vəsaitlər xərcləyir.(Musavat.com)

 

Bənzər yazılar

0.068866014480591