Zakir Fərəcovun 330 minlik dezinfeksiyası

 10-08-2024
Sumqayıt Şəhər İcra Hakimiyyəti "Uğur Dezinfeksiya” şirkəti satınalma müqaviləsi imzalayacaq. 
 
Qaynarinfo.az xəbər verir ki, şirkət icra hakimiyyətinin "Sanitariya gigiyena və digər xidmət haqqı xərci” maddəsi üzrə şəhərin parkları, küçə və prospektlərində dezinseksiya və dezinfeksiya xidmətlərinin satın alınması ilə bağlı tenderin qalibi olub. 
 
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 330 400 manatdır.
 
Sumqayıt sakinləri deyir ki, şəhərdə dezinfeksiya işləri sonuncu dəfə koronavirus pandemiyasi zamanı müşahidə edilib. Sakinlər şəhərdə hansısa dezinfeksiya işlərinin aparılacağına inanmır.
 
"Camaat ağcaqanadların əlindən dad edir. Əvvəlcə gəlib blokları, binaların zirzəmilərini dərmanlasınlar. Ağcaqanadlar antisanitariyadan yaranır. Bu o deməkdir ki, şəhərdə sanitariya normaları gözlənilmir. Bu həm də o deməkdir ki, dezinfeksiya işləri də apaılmır”, deyə sakinlər bildirib. 
 
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bu iddialara münasibət öyrənmək mümkün olmayıb. 
 
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-ci ildən bu vəzifədədir.

Bənzər yazılar

0.061647891998291