Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

 07-08-2024

Şəkinin Aşağı Layısqı kənd sakini 50 yaşlı Birinci Qarabağ müharibəsi veteranı İxtiyar İbrahimov səhhətində yaranan problemlərə görə rayon psixiatriya xəstəxanasına yerləşdirilib.

Yaxınları onun xəstəxanada döyüldüyünü bildirirlər.

Döyüldüyü iddia edilən veteranın qardaşı Etibar İbrahimovun sözlərinə görə, xəstəxanaya gedəndə onun bədəninin müxtəlif nahiyələrində xəsarət izləri olduğunu görüblər:

"Salamat yeri yox idi, hər yeri qapqara idi. Dedi ki, üstümə çıxıb tapdalayıblar. Qorxusundan cavab da verə bilmirdi. Xəstəxanadan dedilər ki, pəncərədən çıxıb qaçmaq istəyəndə yıxılıb".

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.10845613479614