Məhkəmə sabiq şöbə müdirinin müraciətini təmin etdi

 07-08-2024

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyatı zamanı Neftçalanın sabiq icra başçısıyla birgə həbs edilən İH-in ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov məhkəməyə müraciət edib.

Report.az xəbər verir ki, o, müraciətində cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş edib.

Məhkəmə onun müraciətini təmin edib və o, məntəqə tipli cəzaçəkmə müəssisinə köçürüləcək.  

Anar Cəfərov 2020-ci ildə DTX-nin Xidmətinin Neftçala rayon İcra Hakimiyyətində keçirilən əməliyyatı zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 7 ilə endirilib. Ali Məhkəmədə isə Anar Cəfərovun cəzası azaldaraq üzərində qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Bənzər yazılar

0.066210031509399