Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişin ətrafdakı insanların narahatlığına səbəb olub.
Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, şəhərin mərkəzində "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu məlum deyil.
Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişinlə bağlı məsələ polis tərəfindən araşdırılır.
Oxu.Az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.