Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı - Milyonlardan xəbər var

 06-08-2024

Gənclər və İdman Nazirliyi yarışlarda uğur qazanmış idmançıların və məşqçilərin mükafatlandırılması istiqamətində bəzi nöqsanları hüquqi aktların yaradılması və təkmilləşdirilməsi yolu ilə aradan qaldırsa da, idman yarışlarının keçirilməsi və yarışlara hazırlıq, eləcə də gənclər siyasəti ilə bağlı xərclərin icrasında əvvəlki auditlə müəyyən edilmiş analoji nöqsanlar az olmayıb.

Bu barədə Hesablama Palatasının nazirlikdə keçirdiyi auditin nəticələrində bildirilir.

"Kənar dövlət maliyyə nəzarət tədbiri ilə 2022-ci ildə 38 milyon 987,3 min manat, 2023-cü ildə 56 milyon 833,7 min manat olmaqla ümumilikdə 95 milyon 821 min manat vəsait əhatə edilib. Palata nazirliyi nəzarət obyekti olaraq mütəmadi olaraq seçir və cari auditin nəticələri bir sıra nöqsanların təkrarlandığını göstərir", - deyə Palatanın rəyində qeyd olunub. 

"Dövlət büdcəsindən ayrılan vəsaitlərə ehtiyacın çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə proqnozların tərtibi zamanı bir sıra istiqamətlər üzrə ümumilikdə formalaşmış meyillərin nəzərə alınmaması proqnoz və icra məbləğləri arasında kəskin fərqlərə səbəb olmuş, həmçinin bəzi xərclərdə dəqiqləşdirmələr aparıldığı halda icra səviyyəsi az olmuş, bir sıra xərclərdə isə icra prosesində aparılmış dəqiqləşmələrin davranış meyli icra ilə fərqlənib.

Təsdiq edilmiş büdcə vəsaitlərinin maliyyələşdirilməsi və icrası ilə bağlı da hüquqi aktların bəzi tələblərinə əməl olunmamış, büdcə təsnifatına uyğun olaraq xərclərin müəyyən edilmiş rüblük və aylıq bölgüsünə riayət edilməmiş, auditin əhatə etdiyi illərdə açılmış maliyyələşmə və icra məbləğləri bir çox aylarda vəsaitlərin ahəngdar icranı təmin etmək məqsədi daşıyan və müvafiq qaydada təsdiq edilmiş bölgüdən fərqli olub. Hər iki ildə son rübdə maliyyələşmə və icra məbləğləri cəmi xərclərin böyük hissəsini təşkil edib, 2022-ci ildə oktyabr-dekabr aylarında cəmi maliyyələşmə məbləğinin 48,9%-i açılıb, icra edilmiş vəsaitin isə 56,4%-i bu ayların payına düşüb, dekabr ayının payı 33,5 % təşkil edib. 2023-cü ildə də son rübün payı rüblük bölgüyə, əsasən, uyğun olsa da, aylar üzrə kəskin fərq müşahidə olunub, həmin rüb və dekabr ayında icra edilmiş vəsaitin çəkisi müvafiq olaraq 41,7 % və 29,5 % olub.

Açılmış maliyyələşmə və kassa icrası arasında da uyğunsuzluq mövcud olub, belə ki, bəzi aylarda tələb olunandan artıq maliyyələşmə açılıb, həmin aylar üzrə yaranmış qənaət hesabına digər aylarda icra edilmiş vəsaitin məbləği müvafiq dövr üçün açılmış məbləğdən çox olub", - deyə Palata bəyan edib.

Bənzər yazılar

0.058624029159546