Şahin İsmayılov deputatlığın ləzzətini bilir, amma məsuliyyətini dərk etmir?

 03-08-2024

Deputatın köməkçiləri, hətta Qarabağ qazilərini, veteranları belə, təhqir etməkdən çəkinmirlər...

Beyləqan 83 saylı seçki dairəsindən 3-cü dəfə deputat olmaq üçün namizədliyi qeydə alınan Şahin İsmayılov onun deputatlığına etiraz edənləri təqib etdirdiyi barədə Beyləqandan xəbər gəlir. Dairədə və məntəqələrdə seçkilərin nəticələrini onun xeyrinə saxtalaşdıranlara arxayın olan deputatlığa namizəd seçicilərə "Qara məni basınca, mən qaranı basım" xarakterli hücum edir, seçicilərə "xox" gəlir.

Qeyd edək ki, ölkə Prezidentinin vaxtının çox hissəsini noyabr ayında Azərbaycanda keçiriləcək COP29 beynəxalq tədbirə sərf etməsi növbədənkənar parlament seçkilərində bəzilərinin əl-qol açıb, Milli Məclisə öz adamlarını daxil etməsi üçün ideal şərait yaradıb.

Ölkədə namizədlərin irəli sürülməsi prosesi başa çatsa da, mandatı almaq istəyənlərin YAP-ın icraçı katibi Tahir Budaqova qarşı təzyiqlərin gücləndiyi aydın hiss olunur. Türk qardaşlar demişkən, seçkidə "çal oynasın, vur partlasın" abı-havası yaratmaq istəyənlər çoxdur.

Məsələn, bundan əvvəl V və VI çağırış Milli Məclisə seçkilərdə yuxarıdan Beyləqandan deputat mandatı almaq xeyir-duası verilən Şahin İsmayılovu rayonda məmurlardan başqa, heç kim tanımadığı halda, imzaları qısa müddətdə toplayıb, yenidən dairədən deputatlığa namizədliyini qeyd etdirməsi nonsesdir. Seçicilərin əksəriyyəti Şahin İsmayılovun deputatlıq iddiasına qarşı etirazlar güclənsə də, o, saxtakarlıqla da olsa, dairədən deputat olacağına əmindir.

Deputatın əminliyinin arxasında duran isə seçicilərin İsmayılova səs verməyəcəyi deyil, məntəqə və dairə seçki komissiyasında əyləşən YAP üzvlərin saxtakarlığı dayanır. Bəli, Şahin İsmayılov 3-cü dəfə yenidən Beyləqandan deputat mandatı alacağına əmindir. Beyləqan seçiciləri isə birmənalı olaraq Şahin İsmayılovun deputat olmasını istəmirlər və çox narazıdırlar.

Ümumiyyətlə, Beyləqana 9 il ərzində hər il vur-tut 2-3 dəfə rayona qonaq kimi gələn bakılı biznesmenə deputat deyilməsi gülünc görünür, deyilmi?!..

Maraqlıdır, Şahin İsmayılov özünü Beyləqanda hakimiyyətin "ərköyün uşağı" kimi aparır, rayon seçicilərini, hətta icra başçısını, Beyləqan YAP-çılarını özünün təəbəsi, xidmətçisi sayır.

Bundan əvvəl rayonda başçı vəzifəsi kreslosunda oturanlar və Şahin İsmayılovun deputat olması üçün canfəşanlıq edənlər görən, indi haradadırlar?!

Son nəticədə bu adamların adının arxasına "korrupsioner" damğası vuruldu və Baş Prokuror yanından Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının müşayətilə vəzifədən getmədilər! Saxta protokol tərtib etdib, deputat etdikləri Şahin İsmayılovun onlara köməyi dəydimi?! Şahin İsmayılovun deputatlığı üçün "dərindən, qabıqdan çıxan" başçılar indi haradadılar?!..

Şahin İsmayılov deputat olacağına çox arxayındır! Şahin İsmayılovu arxayın salan Beyləqanın yerli hakimiyyət orqanlarının təsirilə dövlətdən əməkhaqqı alan işçi və qulluqçuların səsini zorla alacağı, əvvəlki seçkilərdə də faydalandığı "karusel əməliyyatı"ndan istifadə edəcəyi, YAP-ın yerli "saxtakar peşəkar qəhrəmanları" hesabına 3-cü dəfə "Beyləqanın susqun deputatı" sırasına adını MM-ə yazdıracağı amillərdir.

Əslində, ayın hiss olunur ki, bütün dairələrdə az fərqlə durum eynidir. Fərq yalnız ayrı-ayrı məmurlar qarşısında yox, ümumən dairənin seçiciləri qarşısında səmimi məsuliyyəti hiss etməkdir. Ötən illərin təcrübəsi sübut etdi ki, Şahin İsmayılovda çatışmayan deputat Vahid Əhmədov, Tahir Kərimli, Əli Məsimov, rəhmətlik mərhum deputat Qənirə Paşayeva kimi seçicilər qarşısında ciddi məsuliyyət hiss etməməsidir.

"Ağanəzərəm, belə gəzərəm" eyforiyasına qapılan Şahin İsmayılov Beyləqanda deputatlıq missiyasını 9 il ərzində normal yerinə yetirmədi, şəhid ailələri, qazilər, Qarabağ müharibə veteranları və çətin durumda olan seçicilərlə görüşüb, heç olmasa, bir xoş söz  demədi və indi də bu hərəkətin çətinliyini çəkir.

Hər şeydən öncə, deputat rayonda nüfuzu olan ziyalılardan olmalıdır və seçicilərlə tez-tez görüşməlidir. Seçicilərlə görüşdə hökm deyil ki, seçiciyə maddi yardım göstərilsin, cibinə pul qoyulsun, səmimiyyət madiyyatdan üstündür.

Bax, Şahin İsmayılovda seçicilərlə səmimi görüşmək, söhbət etmək qabiliyyəti çatışmır. Beyləqanlı seçicilər bu müsbət keyfiyyətləri deputat olduğu 9 il ərzində Şahin İsmayılovda görmədiklərinə görə, onun deputatlığına etiraz edirlər.

Təsəvvür edin, Şahin İsmayılov 9 ildir Milli Məclisdə Beyləqanı təmsil edir və rayonda baş alıb gedən hədsiz problemlərdən bir kəlmə də olsun, danışmadı, rayonda rüşvətxorluq baş alıb gedir, kollektivlərlə görüşüb, həmin kollektivdə "at oynadan" rüşvətxor məmurlara bir kəlmə söz demədi, çünki, saxta mandat aldığına görə, gözü kölgəlidir!

83 saylı Beyləqan seçki dairəsinin Milli Məclisdəki mikrafonu çoxdan söndürülüb, YAP-ın təyin etdiyi deputatı Şahin İsmayılov o mikrafonu işə sala bilmir. Beyləqanın şəhid ailələri, qaziləri, veteranları və seçicilərilə vaxtaşırı görüşlər keçib, onların üst-üstə yığılıb qalmış dərdlərinə şərik olmağı bacarmır!

Deputat Şahin İsmayılov hələ gəncdir, təcrübəsizdir, o, deputatlıq missiyasını yerinə yetirən insanın çoxsahəli vəzifə tutduğunu lazımınca qiymət verə və gərgin zəhmətin nə olduğunu dərk etmir. Deputat xalq ilə dövlət arasında rabitə yaratmalıdır, vəhdət təşkil etmək kimi möhtəşəm vəzifəni yerinə yetirməlidir. O isə vəzifənin adını, dadını bilir, amma məsuliyyətini hiss etmir...

Mənbə paralel.az

Bənzər yazılar

0.058174133300781