Dövlət Əmək Müfəttişliyi Xidməti Mərkəzi Aran Regional Şöbəsi Bakıda fəaliyyət göstərən 52 saylı tam orta məktəbin direktoru Qabil Nəsibov cərimələyib.
Qaynarinfo.az xəbər verir ki, qurum direktora İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi) maddəsi ilə cərimə yazıb.
Bu maddədə inzibati cəza növü kimi min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Qabil Nəsibov qərardan məhkəməyə şikayət edib.
İşə Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılacaq.