"Bərpaçı" Baş İdarəsinin binası narkomanların yuvasına çevrilib - VİDEO

 02-08-2024

Bakıda yerləşən Şəhərsalma, Memarlıq və Arxeologiya Abidələrinin Bərpası üzrə "Bərpaçı" Baş İdarəsinin binası xarabalığı xatırladır. 

Xəzərxəbər-in məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində yerləşən binada illər öncə mühüm qərarlar qəbul edilib, vacib sənədlər saxlanılıb. 

Deyilənə görə, hazırda bina baxımsız qalıb və narkomanların məkanına çevrilib. 

Verilən məlumata görə, sözügedən bina Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olub. 2000-ci ildə isə bu idarə sərəncam əsasında ləğv edilib. 

Sakinlər iddia edirlər ki, bu boş məkan indi narkomanların məkanına çevrilib.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azər Nəsirov küçəsi 1 ünvanında yerləşən tikili özəl mülkdür. Sözügedən ünvanda təmir-bərpa işlərinin nə vaxt aparılacağı barədə isə məlumat əldə etmək mümkün olmayıb. Buna baxmayaraq, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktublar ünvanlanacaq. 

Bənzər yazılar

0.10398602485657