Azər Əmraslanov yenidən deputat seçilmək istəyir

 30-07-2024

Milli Məclisin IV, V, VI çağırış üzvü olmuş, “Atatürk” Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

AzPolitika.info xəbər verir ki, onun seçildiyi 108 saylı seçki dairəsindən Yeni Azərbaycan partiyası (YAP) bu dəfə də prinsipial namizəd irəli sürməyib. Hakim partiyanı seçkilərdə Kərimov Gülgün adlı şəxs təmsil edəcək. Beləliklə, 108 saylı dairədən kimin millət vəkili seçiləcəyi maraq doğurur.

Məlumatlı mənbələr “AzPolitika”-ya bildirib ki, sözgedən dairədən Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmraslanov deputat seçiləcək. Artıq onun sənədlərini Dairə Seçki Komissiyasına verdiyi qeyd olunur.

Qeyd edək ki, A.Əmraslanov 2005-2010-cu illərdə Milli Məclisin üzvü olub. Daha sonra Prezident Administrasiyasında vəzifəyə təyin edilib. O, 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsində çalışıb. Sonra isə  karyerasını dövlət məmuru kimi Nazirlər Kabinetində davam etdirib.Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

Belə görünür, A.Əmraslanovun qanunverici hakimiyyətdə təmsil olunması məsələhət görülüb.

Qeyd edək ki, Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan anadan olub. Əslən Borçalı mahalındandır.

Bənzər yazılar

0.10706686973572