Baş nazir Əli Əsədov İran İslam Respublikasının Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.