Qanla azad olunan torpaqlarda “Azərişığın” tender qanunsuzluqları - ŞOK FAKTLAR

 30-07-2024

“İşğaldan azad olunan ərazilərdə dövlət qurumlarının tender qanunsuzluqları” silsilə araşdırmamızın növbəti mərhələsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlərlə bağlı ortaya xeyli suallar çıxıb Təəssüf ki, sözügedən dövlət qurumu bu sualları cavablandırmaqdan imtina edir. Halbuki söhbət Azərbaycan əsgərinin canı və qanı hesabına azad etdiyi ərazilərdə vətəndaşın puluyla formalaşan büdcənin talanından gedir.

1. “Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən hansı səbəbdən kənarlaşdırılıb?

2. “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.

“Azərişıq” ASC tərəfindən 2023-cü ildə 7 açıq tenderin nəticələri açıqlanıb ki, onların arasında “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib.

Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb. Qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır.

Bu şərtə əməl olunmamasının səbəbi nədir? Dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Satınalma Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.

3. “Azərişıq” ASC-nin qeyri leqal sifarişlərini həyata keçirmiş “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti gördüyü işlərə görə “Azərişıq” ASC tərəfindən ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulu ödənilməyib. Buna “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynov səbəbkar oldu. Görülən işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib. Bu məlumatlara aydınlıq gətirilməyib.

4. “Azərişıq” ASC son üç il ərzidə “Enerji Construction” QSC-yə ümumi dəyəri 71 152 563 manat olan 9 dövlət sifarişi verib. ASC bütün bunların hamısını da dövlət satınalmalarını saxtalaşdırmaq yolu, formal keçirilmiş tender vasitəsi ilə edib. 

5. “Azərişıq” ASC Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin satınalınması üzrə MMC ilə 7.132.240,66 manat məbləğində satınalma müqaviləsi 18.10.2023-cü il tarixdə imzalanıb. Müsabiqə 14.09.2023-cü il tarixdə dərc edilib. Zərflərin açılış tarixi 29.09.2023-cü il tarixə müəyyən edilib. Təsəvvür edin 7 milyon manat dəyəri olan tender 15 günə yekunlaşıb. Müqavilənin şərtlərinə görə MMC yuxarıda qeyd olunan işləri ən geci 3 ay ərzində başa çatırmalıdır.

6. “Azərişıq” ASC tərəfindən Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması üzrə MMC ilə 934.796,5 manat məbləğində bir satınalma müqaviləsi 26.12.2022-ci il tarixdə bağlanmışdır. “Azərişıq” ASC bu tenderi isə 20 gün ərzində keçirərək qanun pozuntusuna yol verib.

7. “Azərişıq” ASC tərəfindən Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işləri üzrə MMC ilə 2.309.877,64 manat məbləğində bir satınalma müqaviləsi 14.11.2022-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi “Azərişıq” ASC 14.11.2022-ci ildən 18.10.2023-cü ilə, yəni 11 ay ərzində “Harmony İndustrial Construction and Engeering Group” MMC-yə ümumi olaraq 10 376 914 manat dəyəri olan dövlət sifarişi verib.

  • Araşdırmamızın obyektivliyini təmin etmək üçün suallarımızı qısa müddətdə cavablandırmağı xahiş edirik.
  • Öncədən minnətdarıq.

Mənbə GundemXeber.Az

Bənzər yazılar

0.061320066452026