Ötən həftənin sonu VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdüyünü açıqladı.
O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb: “Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər”.
Tribunainfo.az dəqiqləşdirib ki, həmin dairədən YAP-ın namizədi Məhərrəmzadə Əlibala Səttar oğludur.
Qubada anadan olmuş Ə. Məhərrəmzadə 2010-cu ildə Nərimanov rayonundan namizəd olub. O, yazıçı və ixtisasca auditordur.
Sərbəst auditor olan Əlibala Məhərrəmzadə hazırda “Kaspian Audit Kompani” MMC-nin direktorudur.
Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Bu mövzuda gununsesi.info yazıb ki, rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir: “Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb. Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var”. Özü deyiblər təkzib edib və bildirib ki, deputat olarsa, biznes fəaliyyətini dayandıracaq.
Əlibala Məhərrəmzadə əslən Qubadan olsa da, rayonla sıx əlaqəsi yoxdur. O, hətta YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Məhərrəmzadənin YAP-ın Quba təşkilatının heç bir toplantısına qatılmadığı deyilir. Bu üzdən də qubalı YAP-çılar onun namizədliyinə soyuq yanaşırlar.
Onun müsahibəsini işıqlandırmağa hazırıq.