Borc içində batan şirkətə DÖVLƏTİN 2 MİLYON MANATI VERİLƏCƏK

 02-09-2022

Abşeron Rayon İcra Hakimiyyəti keçirdiyi iki tenderə yekun vurub.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhəri üzrə nümayəndəliyi “Yolların təmiri işlərinin satın alınması” və “Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması” ilə bağlı elan etdiyi tenderlərin qalibi “Uğurlu İnşaat” MMC olub.

Qalib şirkətə “Yolların təmiri işlərinin satın alınması” üzrə tenderə görə, 1 milyon 199 min 683 manat, “Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması” üzrə tednerə görə, 383 min 269 manat, ümumilikdə isə 1,96 milyon manat ödəniləcək.

Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumata görə, “Uğurlu İnşaat” MMC-nin dövlətə 16 min 770 manat borcu var. (AMİA.AZ)

Bənzər yazılar

0.14215898513794