Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir

 28-07-2024

Bərdə rayon sakini Camalov Müşfiq Yahya oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş iddia edir ki, işlədiyi qurumdan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılılıb.

Qeyd edək ki, bu pozuntu ilə işdən çıxarılan şəxslər əksər hallarda özünə yeni iş tapmaqda ciddi problemlərlə qarşılaşır və dezavantaj yaşaya bilirlər. 

Şikayətçi haqsız şəkildə işdən azad olunduğunu bildirir. Deyir, ondan tələb olunan pul məbləğini verməməsinin nəticəsini ağır ödəyib…

“Mən, Camalov Müşfiq Yahya oğlu, yazaraq bidirmək istəyirəm ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi hazırda yaşadığım yerə gəlmişəm. Ali təhsilliyəm, meşəçi kimi 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində fəaliyyət göstərmişəm. 22 ildir ki, işimi qüsursuz görürdüm. Mərkəzi Aran zonasında səhralaşmanın qarşısın almışam, yaşıllıqlar, meşələr salmışam. 2023-cü ilin mart ayında Ekologiya Naziriyi mənə pul mükafatı verib. Apreldə 70-ci maddənin “Ç” bəndi ilə məni işdən çıxartdılar. Təbii ki, şər-böhtanla bunu həyata keçirtdilər.

İşdən uzaqlaşdırılmağım sifarişlə olub. Çünki Meşələrin İnkişafı Xidmətinin keçmiş rəisi Qəribov Cabbar, baş mütəxəssis Əhmədov Mustafa, tələbə yoldaşı Məhərrəmov Şikar məndən pul tələb etmişdilər. Vermədim deyə bunlar başıma gəldi. Meşəyə zərər vermiş şəxsi tutub gətirmişdim, cəriməsini də məcbur etmişdim ki, ödəsin. Saxta sənədlərlə məni o adamla eyni mövqedə qeyd edirlər. Guya ağacı çıxardaraq qanunsuz iş görmüşəm. Yerimə əvvəllər polis olaraq işləyən narkotik istifadəçisini iş götürürlər. Onun adı Əhmədov Ruslandır. Özünə də istənilən şərait yaradılıb.

Bakı Apellyasiya Məhkəməsi işimə bərpa qərarı versə də, Ekologiya Naziriyi öz verdiyi qanunsuz göstərişin müdafiəsinə qalxır. Onlar Əmək Məcəlləsinin bir çox maddələrini kobud şəkildə pozaraq mənə qarşı bu haqsızlığı etdilər. Nazir Muxtar Babayevin qəbulunda oldum. Bu ilin 13 yanvarında ərizəmin üstünə yazılıb ki, araşdırılacaq. Ancaq bu günə qədər heç bir xəbər çıxmayıb. Düşünürəm ki, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi məsələni tam bilmir, işçilər ona yalan danışıblar”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

0.09272313117981