Vətəndaşlara xəstə heyvan verməkdə adı hallanan Mustafa Abbasbəyli haradadır?

 29-07-2024

Məlum olduğu kimi, bir müddət öncə, Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi. Çox keçmədi ki, o, Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri vəzifəsinə təyin olundu.

M.Abbasbəylinin vəzifə gedişi müzakirələrə səbəb oldu, bildirilirdi ki, bir zamanlar insanların işlə təmin ediləcəyi qurumun rəhbərliyindən endirilmək elə işsiz qalmaq deməkdir.

O, bu vəzifəni o qədər də uğurla icra etməmişdi. M.Abbasbəylinin zamanında şikayətlər indikindən bir neçə dəfə çox idi, üstəlik məşğulluq üçün əhaliyə verilən iribuynuzlu mal-qaranın arıq və xəstəhal olduğunu əks etdirən görüntülərin yayılması işin necə icra olunmasının göstəricisi idi. Bu, sosial sahədə həyata keçirilən dövlət siyasətinə zərbə idi.
 
Bir zamanlar karyerasının yüksəliş dövrünü yaşayan, dövlətin əsas, o cümlədən həssas təbəqə ilə işləyən strukturlarından birinə rəhbərlik edən Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilməsi və səssiz qalması eniş deməkdir. Görünür, o, bir müddət səssiz qalmaqla, yaddan çıxmaq istəyir, çünki xatırlandıqca problemlər də üzə çıxmış olacaq. Kiminsə yüksək vəzifə iddiası varsa, buna uyğun potensialı olmalıdır, natiqlik qabiliyyəti ilə çatışmazlıqları ört-basdır etmək olmaz.
 
Mustafa Abbasbəylinin hazırda fəaliyyəti hiss olunmur, ola bilər, bir müddət sonra yenidən vəzifəsindən azad edilsin. Belə olan halda, yenidən əvvəlki fəaliyyət sahəsinə, yəni şirkətlərlə əməkdaşlıq edə bilər.
 
Xatırlatmaq yerinə düşər ki, Abbasbəyli 2004-2014-cü illərdə "Standard Insurance" sığorta şirkətində bir sıra rəhbər vəzifələrdə, 2014-2016-cı illərdə "ISR Auto/Toyota Baku" şirkətinin, 2016-2018-ci illərdə "Beyli Group" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2018-2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb. Kim hansı sahədə uğurludursa, orada olması daha məqsədəuyğundur, dövlət strukturlarında vəzifə tutmaq ağır və məsuliyyətli işdir. Səssiz qalmaq deyil, işləmək lazımdır.
 
Mənbə: Qlobal.az

Bənzər yazılar

0.060526847839355