Naxçıvan Muxtar Respublikasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri (sonradan nazir müavini) Nicat Babayev vəzifəsindən çıxan kimi gəzmək adıyla ailəlikcə ABŞ-a köçüb.
Demokrat.az xəbər verir ki, onun daha geri dönmək fikrinin olmadığı deyilir.
Nicat Babayev 2024-cü il may ayında ABŞ-a gedib.
Sabiq nazirin qəfil Amerikaya köçməsi müəmmalıdır. Onun xanımı Naxçıvan Universitetində müəllim kimi çalışırdı.
İddialara görə, Nicat Babayev arvadını da işdən çıxararaq özü ilə birlikdə ABŞ-a aparıb.
İddia olunur ki, sabiq nazir müavini ABŞ-a köçməmişdən xeyli vaxt öncə işlərini planlayıb. Amerikadakı yaxın qohumu vasitəsilə orada özünə biznes qurub. Onun Naxçıvan və Bakı şəhərində bir neçə yerdə evi, biznest obyektləri olub.
Qeyd edək ki, Nicat Fəxrəddin oğlu Babayev 2019-cu ilin fevral ayında Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi.
(Demokrat.az )