Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinə “Şöhrət” ordeni təqdim olunub.
Bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata görə, bu gün SOCAR vitse-prezidenti Rəfiqə Hüseynzadənin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərancamı ilə “Şöhrət” ordeni ilə təltif olunmasına həsr olunmuş tədbir keçirilib.
Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəf yüksək mükafatı R. Hüseynzayə təqdim edərək SOCAR kollektivi adından təbrik edib.