Qarabağ qazisi ilə Abel Məhərrəmovla bağlı Ali Məhkəməyə müraciət edəcək

 20-07-2024

“Abel Məhərrəmovun mənə məxsus torpaq sahəsini hüquqi yollarla geri almaqda israrlıyam”.

Bu sözləri Qaynarinfo-ya Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov deyib.

Onun sözlərinə görə, birinci instansiya və apellyasiya məhkəmələrini uduzmasına baxmayaraq, mübarizəsini davam etdirəcək.

“Xızı Rayon Məhkəməsinin qərarı ədalətsiz idi. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxaldı. Əlimdəki sübutlara diqqət yetirən olmadı. Lakin geri çəkilmək niyyətində deyiləm. Ali Məhkəməyə kassasiya şikayəti hazırlayıram. Yaxın vaxtlarda şikayəti təqdim edəcəyik”, deyə Nazim Əmirov bildirib.

Polkovnik-leytenant qeyd edib ki, bundan əlavə Məhkəmə-Hüquq Şurasına da müraciət etməyi düşünür.

Nazim Əmirovla Abel Məhərrəmov arasındakı mübahisənin detallarına gəlincə, Qarabağ qazisi 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.

Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.

Bənzər yazılar

0.05997896194458