Müdafiə Nazirliyinin daha bir zabiti saxlanılıb. Bu barədə hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Hərbi ekspert həmin zabitin də, “Tərtər işi” ilə bağlı saxlanıldığını güman edir:
“Bildiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İstintaq qrupu bunu araşdırır. General həbs olunması ilə bağlı açıqlama verməli idilər. Bəlkə də istintaq qrupu açıqlamamağı məsləhət bilib. Aldığım məlumata görə təkcə general deyil, başqa bir zabit də həbs olunub. Onun təhqiqatçı olduğu deyilir. Beyləqanda Müdafiə Nazirliyinin Təhqiqat şöbəsinin zabiti olub”.