Fövqəladə Hallar Nazirliyinin nəzdində "İzotop" xüsusi kombinatına yeni rəis təyin edilib.
"Qaynarinfo"nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Ramin Eldar oğlu Paşayev gətirilib.
Qeyd edək ki, Ramin Paşayev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən ay Əməkdar həkim Fikrət Əhəd oğlu Aslanov FHN-in nəzdindəki "İzotop" xüsusi kombinatının rəisi vəzifəsindən azad edilmişdi.