Qril bir gün saxlanılanda nə baş verir? - Açıqlama

 18-07-2024

“Hər bir məhsulun saxlanma temperaturu, eləcə də yararlıq müddəti mövcuddur. Lakin biz dönər və qrillə bağlı bu qaydalara əməl edilmədiyini görürük. Bu gündən sabaha saxlanılan dönərlər birmənalı şəkildə çirklənmiş dönərlərdir. İnsanlar bunu hiss etmirlər. Amma belə dönər və qrili yemək tədricən onların həyatında öz mənfi izlərini qoyur”.

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıda qrildən qrud çıxması haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, toyuq əti düzgün şəraitdə saxlanmadıqda onun tərkibində qurdlar əmələ gəlir:

“Bu gün ətdən zəhərlənmələr azalır. Ət zəhərlənmə həddinə çatanda pis qoxu verir. Lakin müasir texnologiyalarla onu elə saxlayırlar ki, qoxusu əmələ gəlmir. Hətta təcrübədə var ki, qara da qurd düşür. Yəni hər şeydə qurd əmələ gələ bilər, o cümlədən qrillərdə də. Bu o deməkdir ki, orda heç bir sanitariya qaydalarına əməl olunmur. Ona görə də bu cür xəbərlər Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təqib olunmalıdır. Mən dəfələrlə demişəm, kütləvi informasiya vasitələrində (KİV) gedən materiallar ciddi araşdırılmalıdır”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakıda “Təndir N-1”dən alındığı deyilən qrildən qurd çıxmasıyla bağlı görüntülər yayılıb. Məsələylə bağlı AQTA araşdırmaya başlayıb.

Bənzər yazılar

0.058629989624023