Azərbaycan və Ermənistan sülh sazişinin bağlanması istiqamətində uzun bir yol keçib, inanılmaz irəliləyiş əldə ediblər.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə jurnalistin müvafiq sualnı cavablandırarkən deyib.
O bildirib ki, bu səbəbdən ABŞ bu ölkələri sülhə təşviq etməyə davam edəcək:
“Onlar arasında sülh sazişi bu ölkələr üçün çox şey deməkdir və bu, region üçün – regionda sülh, sabitlik, təhlükəsizlik üçün çox şey deməkdir. Biz sülh sazişinin bağlanmasının mümkün olduğunu düşünürük, lakin bu, hər iki tərəfin bəzi çətin seçimlər və sərt kompromislər etməsini tələb edir. Buna görə də bizim edəcəyimiz iş onları bu son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə razı salmaqdır”.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, buna baxmayaraq hələ ki, tərəflər arasında razılaşma yoxdur: “Biz razılaşma olana qədər səylərimizi davam etdirəcəyik”.