Bala Heydər “mənəm”, “mənəm” dediyin BƏS EDƏR: Səni həbs gözləyir, Türk vətəndaşı İbrahim Aydını öldürmüsən!

 26-07-2022

Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayırdı ki, dövlətçilik iki halda sarsıla bilər: “Bir günahsız cəza alanda, bir də günahkar cəzasız qalanda”

Məhəmməd Peyğəmbər Əleyhissalam zamanında üç təhlükənin adını çəkib. Od, su, qadın! Bala Heydər ləqəbli Əliyev Heydər Həsən oğlu Peyğəmbərlə (ə.c.) eyni vaxtda, zamanda yaşasaydı Peyğəmbərimiz onun adını birinci çəkərdi. Çünki Bala Heydər nəinki oddan, sudan hətta zəlzələdən, fırtınadan da təhlükəlidir.

Bala Heydər düz 7 dəfə həcc ziyarətində olub. Hər gün neçə dəfə namaz da qılır. Bunlarla yanaşı ev yıxmaq, böhtan atmaq, şərləmək və insanlara qarayaxmaq onun əsas peşəsi, gündəlik həyat tərzidir.

Hiylə yolu ilə onlarla insanın malını, pulunu, varidatını ələ keçirib. Yüzlərlə sadəlövh insanlardan yüksək məbləğdə borc pul alıb qaytarmayıb. Ötən illərdə VTB bankdan, Beynəlxalq Bankdan, Zamin Bankdan götürdüyü kreditləri ödəmir.

1997-ci ilin noyabr ayında “Şərq Bazarını” və bu kompleksdən daxil olan “Şərq Hotelini”ni 50 il müddətinə icarəyə götürmüşdü.

O, istənilən yerlərdə şaiyələr yayırdı ki, guya hər iki kompleksin 40 illik icarə haqlarını əvvəlcədən ödəyib. Halbuki bir manat da olsun icarə haqqı ödəməyib. Məhz buna görə də “Şərq Bazarı”nı onun əlindən alıb başqa şəxsə veriblər. Fahişəxana kimi tanınan “Şərq Hoteli”ni isə (indiki Qorqud) boşaldıb təhvil verməsi üçün ona bir neçə dəfə yazılı xəbərdarlıq edilib.

Lakin göründüyü kimi bir vaxtlar özünü Ramiz Mehdiyevin qudası kimi təqdim edən indi isə Bəylər Əyyubovun adından, nüfuzundan istifadə edən Bala Heydər özünü çox əmin-arxayın, ərköyün aparır, xəbərdarlıqlara məhəl qoymur. Təbii ki, bütün bunlar barədə Bəylər Əyyubova məlumat veriləcək. Bala Heydərin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görüləcəkdir.

Bir daha Bala Heydərin əməllərinə və xarakterinə nəzər salaq: Allah Təala heç kimə vermədiyi nadir istedadı Bala Heydərə bəxş edib. Bir də baxırsan ki, pələngə dönür, lazım da gələndə dizlərini yerə qoyub hönkürtü ilə ağlayır və ya yaxasını cırır, başını divara çırpır.

Nümunə üçün deyək ki, 2014-cü ilin avqust ayında “Bizim yol” qəzetinin xanım əməkdaşı Hicran Həmidova ondan müsahibə götürərkən “Naxçıvan Türk” bankının müşahidə şurasının sədri Türk vətəndaşı İbrahim Aydını hansı səbəbdən öldürdüyünü və bankın bütün pullarını götürərək Bakıya qaçmasını soruşduqda Bala Heydər dizləri üstə hönkürtü ilə ağlayaraq yalvarmışdı ki, xahiş edirəm bunu yazmayın.

Biz Bala Heydərin aktyorluq peşəsini yox, dələduzluğu seçməsinə çox heyfslənirik. Əgər o aktyor olsaydı onlarla yaddaqalan obrazlar yaradıb ümumxalq məhəbbəti qazanardı. Əfsuslar olsun ki, belə istedad sahibi bu gün dələduzluqla məşğul olaraq xalqın nifrətini qazanmışdır.

“Naxçıvan Türk” bankı müşahidə şurasının sədri İbrahim Aydının Bala Heydər tərəfindən qəsdən öldürülməsinə yenidən toxunduğumuza görə bir daha geniş oxucu kütləsinə bu sirli, müəmmalı ölüm haqda bir daha məlumat veririk ki, Bala Heydər də adıçəkilən bankda məsul vəzifə tutmuşdu.

O, bankda mövcud olan pulları eləcə də çoxsaylı Naxçıvan camaatının banka yatırdıqları əmanətləri ələ keçirmək qərarına gəlmişdi. Buna görə də birinci növbədə İbrahim Aydını aradan götürmək lazım gəlirdi. Bala Heydər bu istiqamətdə gərgin işlər aparır, İbrahim Aydının etibarını qazanır, onunla səmimi münasibətlər yaradırdı.

Ən nəhayət Bala Heydər agenti olduğu keçmiş Dövlət Təhlükəsizliyi Komitəsindən zəhər püskürdən balaca balon alıb, İbrahim Aydının şəxsi avtomaşınına yerləşdirir. Türk vətəndaşı dünyasını dəyişir, Heydər isə bankdakı bütün pulları götürüb Bakıya qaçır, neçə müddət zirzəmilərdə, binaların podyezdlərdə gizlənməyə başlayır.

Lakin qədim Şərq məsələlərinin birində deyildiyi kimi, “cidanı çuvalda gizlətmək olmur”. Onun bu ağır cinayətinin istər Naxçıvanda, istərsə də Bakıda yaşayan Naxçıvanlılar arasında yüzlərlə şahidləri var. Jurnalist xanım əgər bu müəmmalı ölümü Heydərdən də soruşanda O, hönkürtü ilə ağlayaraq “Bunları yazma” deyərək yalvarmışsa deməli bu yalvarış onun öz cinayətinin təsdiqidir.

Sovetlərin dağılmasından sonra müstəqillik illərində keçmiş ittifaq ölkələrində o cümlədən Azərbaycanda eləcə də Naxçıvanda kooperativ hərəkatı başlamışdı. Bala Heydər həmin illər Naxçıvanın ali hakimiyyət orqanlarının habelə Muxtar Respublikada fəaliyyət göstərən heç bir kooperativ sədrinin məlumatı və iştirakı olmadan özünü Muxtar Respuiblikanın Kooperativlər Birliyinin sədri elan etmiş, saxta yolla Kooperativlər Birliyinə möhür, ştamp da düzəltdirə bilmişdi.

O, məhsuldar işləyən kooperativ sədrlərini tez-tez qəbuluna dəvət edərək onlardan hesabat və aylıq haqq tələb edirdi. O, saxtakarlığına görə ifşa olundu və ona cinayət işi açıldı.

Bala Heydər bundan əvvəl 2 ilə yaxın Naxçıvan şəhər Sovetinin sədri işləyib. Fəaliyyətində o qədər saxtakarlıq, rüşvətxorluq elementləri olub ki, Naxçıvan Prokurorluğu həmçinin Azərbaycan Prokurorluğu 3 il onun işdə yol verdiyi cinayət əməllərini araşdırıb.

Sovetlər dövründə rəhbər partiya, Sovet Orqanlarında çalışan məsul işçilərə büro qərarı ilə növbədənkənar mənzillər verilirdi, evlərinə telefon çəkilirdi.

Lakin Bala Heydər Obkomun, qorkomun büro qərarlarını icra etmir, rüşvət aldıqdan sonrta onlara ev verirdi.

Bu adamın dini, imanı, həyatının mənası puldur. Ən sonda yaranmış fürsətdən istifadə edərək ikinci dəfə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edirik:

Cənab Nazir, Bala Heydər icarəsində olan "Şərq Bazarı”nın 20 illik, bu kompleksdə daxil edilən “Şərq Hoteli”nin isə 25 ildir icarə haqqını vermir. Nəyə görə tədbir görmürsünüz, dövlətin milyonlarının göyə sovrulmasına şərait yaradırsınız? Sizin bu vacib problemə etinasız yanaşmağınız kreslosunda oturub, əli ilə çörək yediyiniz prezidentimizin siyasətinə müqavimət göstərmək kimi dəyərləndirilir.

Üzümüzü baş prokurorluğa tuturuq:

Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayırdı ki, dövlətçilik iki halda sarsıla bilər: “Bir günahsız cəza alanda, bir də günahkar cəzasız qalanda”.

Ümidvarıq ki, neçə illərdir qatı cinayətkar kimi layiq olduğu cəzanı almayan Bala Heydər mütləq cəzalandıərılacaq, ədalət zəfər çalacaq!  

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

MillətinSəsi.info

Bənzər yazılar

1.2117631435394