11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-la bağlı təhsil müəssisələrində tədrisə 10 günlük fasilə verilməsi ilə bağlı hələlik hər hansı bir qərar yoxdur.
Ölkə.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bugünkü brifinqdə deyib.
"Bununla bağlı hər hansı bir qərar yoxdur.
Hər hansı qərar olduqda əvvəlcədən məlumat verilə bilər"- o söyləyib.
Billurə Yunus
Ölkə.az