Övladlarını məktəbəqədər təhail müəssisələrinə yazdırmaq istəyərkən bir şəxs 3 fərqli bağçada növbəyə yazıla bilər.
Ölkə.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bugünkü brifinqdə deyib. O bildirib ki, dövlət bağçalarında növbə prioritet və adi olmaqla hissəlidir.
Qurum rəsmisi məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində kimlər üstünlük hüququna malik olduöunu da açıqlayıb:
"- Şəhid ailələrinin övladları;
- Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- tək işləyən valideynlərin uşaqları;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- hərbi xidmətdə olan valideynlərin uşaqları;
- təhsilalan anaların uşaqları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar".
Billurə Yunus