Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə icra başçısı təyin edilən 3 nəfərdən biri də Sahir Polad oğlu Məmmədxanovdur.
Qusar Rayon İcra Hakimiyyətinin yeni başçısı Sahir Polad oğlu Məmmədxanovun dosyesini təqdim edir:
1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.
1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.
1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.
1999 – "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001 – 2009 - Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.
Dövlət başçısının 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyinat alıb.
3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, Prezident İlham Əliyevin bugünkü sərəncamları ilə Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və o, Beyləqana başçı göndərilib. VI çağırış Milli Məclisin vitse-spikeri Adil Əliyev isə Ə.Əzizovun yerinə Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.