Məməlilərin doğuşdan dərhal sonra istehsal etdikləri ilk südə kolostrum südü deyilir.
Medicina.az xəbər verir ki, kolostrum südü yeni doğulmuş körpələr üçün həyati əhəmiyyət daşıyır. Bu süd yeni doğulan körpənin ilk qidası olduğu üçün çox qiymətlidir.
Körpənin həyatının ilk günlərində aldığı bu süd onun uzunmüddətli sağlamlığına əhəmiyyətli təsir göstərə bilər.
Buna görə də, ana südü ilə qidalanmanın doğuşdan dərhal sonra başlaması və uşağa kolostrumun verilməsi çox vacibdir.
Ana südü körpələrin sağlam böyüməsi və inkişafı üçün ən uyğun və unikal qidadır. Doğuşdan sonra ilk 5 gündə ifraz olunan kolostrum südü yüksək zülal və aşağı yağ tərkibi ilə seçilir. Kolostrum südü körpənin immun sistemini gücləndirən antikorlar, vitaminlər və minerallarla doludur.
Yenidoğulmuşlar üçün kolostrum südünün müxtəlif faydalarına aşağıdakılar daxildir:
* Tərkibində immunitet sistemini gücləndirən antikorlar olduğu üçün körpənin xəstəliklərlə mübarizə qabiliyyətini artırır.
* Həzm sistemini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır.
* Tərkibində ana südündə belə olmayan bəzi xüsusi maddələr var, ona görə də normal ana südündən daha qiymətlidir.
* Sürətli və düzgün inkişaf üçün lazım olan vitamin və mineralları təmin edir.