Petrosyan: Paşinyanın bir nömrəli dəstəkçisi parlament müxalifətidir

 01-07-2024

Məni baş nazir Nikol Paşinyanın tərəfinə keçib onu dəstəkləyənlərə demək istəyirəm ki, Paşinyanın bir nömrəli dəstəkçiləri məhz bugünkü parlament müxalifəti və "Daşnaksütun"dur.

Ölkə.Az xəbər verir ki, siyasətçi Suren Petrosyan “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyanın onun barəsindəki açıqlamalara reaksiya verərkən deyib.

Petrosyan deyib ki, Ermənistanın parlament müxalifəti Zəngəzur getsə belə, onlar yenə həzm edəcəklər: "Ona görə də bunlar Nikol Paşinyanın xəyallarının müxalifətidir. 

Hətta siyasi proseslərdən, sivilizasiyadan minimal anlayışı olanlar yaxşı bilir ki, Nikol Paşinyanın əsas dəstəkçiləri parlament müxalifətidir. Onlar kimisə Nikol Paşinyanın maraqlarına xidmət etməkdə günahlandırırlarsa, unutmamalıdırlar ki, Nikolun maraqlarına xidmət edən bir siyasi qüvvə varsa, o da elə onlardır".

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.10183715820312