Astaranın Siyəkü kəndində daşqın təhlükə yaradıb.
“Qafqazinfo” “İctimai TV”yə istinadən xəbər verir ki, kənddən keçən Pensər çayının bir qolu selin təsiri ilə 40 metr məsafədə məcrasını dəyişib.
Çayda suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir.
Yerli sakinlərin sözlərinə görə, sahilboyu ərazilərdəki torpaq qatının yuyulması riski hər gün daha da artırır.
Daha ətraflı reportajda: