Zaqataladakı yanğına helikopterlər CƏLB OLUNUB - VİDEO

 31-08-2022

Ötən gün Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Bu barədə FHN məlumat yayıb. Məlumata görə, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Əlavə məlumat veriləcək.

Bənzər yazılar

0.22198987007141