“Lotu Bəxtiyar”ın silahdaşı "Batya Vasmoyski"nin vəsiqəsi niyə əlindən ALINIB?

 31-08-2022

Bir neçə gün əvvəl tanınmış blogger Nail Kəmərlinin “Lotu Bəxtiyar”ın silahdaşlarından olan “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağammədovla müsahibəsi geniş izləyici kütləsi topladı. Müsahibə zamanı kriminal avtoritet polisin onun sürücülük vəsiqəsinin əlindən alındığını dilə gətirdi. İşsizlikdən gileylənən avtoritet hazırda bacara biləcəyi yeganə işin taksi fəaliyyəti ilə məşğul olmaq olduğunu, lakin bunun üçün sürücülük vəsiqəsinin olmadığını qeyd etdi. 

Lent.az “Batya Vasmoyski”nin sürücülük vəsiqəsinin polis tərəfindən niyə əlindən alındığını araşdırıb

Batya Vasmoyski”

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, Bəxtiyar Ağammədov psixotrop maddənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün sürücülük hüququndan məhrum edilib. 

Belə ki, yol polisi əməkdaşlarının reyd zamanı kriminal avtoritet idarə etdiyi avtomobillə birgə saxlanılıb. Müayinə zamanı sürücün psixotrop maddənin təsirində altında olması üzə çıxıb. Bu səbəblə o, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Həmçinin, kriminal avtoritetin sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılıb.

Qeyd olunur ki, bütün vətəndaşlar üçün sürücülük vəsiqənin geri alınma qaydası eynidir. Yəni, vətəndaşın vəsiqəsinin məhdudlaşma müddəti 1 ilə qədərdirsə, sürücü bu vaxt bitəndən sonra şəxsiyyət vəsiqəsi lə yaxınlıaşıb onu geri ala bilər. Ancaq qadağa 1 il və daha artıqdırsa mütləq Baş Dövlət Yol Polisi İdarəsində təcrübi imtahan verməlidir.

Bənzər yazılar

0.14327502250671