Aİ Yaponiya və Cənubi Koreya ilə müdafiə sahəsində saziş imzalaya bilər

 23-06-2024

Avropa İttifaqı Yaponiya və Koreya Respublikası ilə müdafiə və təhlükəsizlik sahəsində saziş imzalaya bilər.

"Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Sözügedən əməkdaşlıq istəyi Rusiya və KXDR tərəfindən bu yaxınlarda Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması fonunda yaranıb.

“Avropa şirkətləri ilə əməkdaşlıq sayəsində Yaponiya müdafiə texnologiyalarını təkmilləşdirə, istehsal xərclərini azalda və avadanlıqlarının satış kanallarını genişləndirə bilər", - nəşr qeyd edir.

Məlumata görə, tərəflər kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və dəniz təhlükəsizliyinin gücləndirilməsi kimi sahələrdə əməkdaşlıq imkanlarını da nəzərdən keçirəcəklər. Yaponiya ilə tərəfdaşlığın nüvə tərksilahı və yayılmaması sahəsində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.

Tərəflərin müvafiq sazişi 2024-cü ilin sonuna kimi imzalayacağı gözlənilir.

Bənzər yazılar

0.10592198371887