“Biz prezident Şarl Mişel və onun komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşdırılması üzrə danışıqlardakı vasitəçi rolunu yüksək qiymətləndiririk”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O xatırladıb ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə təsdiqləyib.