Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı monitorinqin nəticələrinə görə, Səbail rayonu Şıx çimərliyində çimmək tövsiyə edilmir. Burada dəniz suyunun tullantı ilə çirklənməsinin davam etdiyi və bakterioloji çirklənmə göstəricilərinin normativlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. Buna rəğmən ərazidə xeyli insan var.
Həkimlər isə deyirlər ki, çirkli dənizdə istirahət etmək, suya girmək sağlamlıq üçün təhlükəlidir.
"Bakterioloji çirklənməyə məruz qalan dəniz suyu burun, qulaq, boğaz, göz, mədə-bağırsaq, ginekoloji və dəri xəstəliklərinin yaranmasına səbəb olur və uzun müddət müalicə tələb edir. Buna görə də sanitar-gigiyenik normativlərə uyğun gəlməyən çimərliklərdən istifadə qadağan olunmalıdır. Çünki bu, ciddi epidemik vəziyyətin yaranmasına səbəb ola bilər", - həkim Abbas Bağırov qeyd edib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: