“Azərsun”a məxsus 71 ton yararsız məhsul MƏHV EDİLİB

 30-08-2022

“Sun Food” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34,29 ton müxtəlif növ süd  və süd məhsulları məhv edilib.

Bu barədə AQTA-dan məlumat verilib.

Məlumat üçün qeyd edək ki, son bir ayda AQTA “Sun Food” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş tonlarla yararsız məhsulu məhv edib. Son bir ay ərzində edilən 2 müraciətdən sonra ümumilikdə 71,15 ton yararsız məhsul məhv edilib.

Onu da bildirək ki, “Sun Food” MMC  Azərbaycanın aparıcı holdinqlərindən biri olan “Azərsun” MMC-yə məxsusdur.

Bənzər yazılar

0.14210486412048