Teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib

 12-06-2024

Bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.
 
Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:
 
1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;
2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;
3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;
4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;
5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;
6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;
7. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.
 
Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.

 

 

Bənzər yazılar

0.054656982421875