Ölkənin aparıcı restoranlar şəbəkəsindən biri olan “Özsüt”ün dövlət büdəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hazırda “Özsüt” restoranlarının bağlı olduğu “Özsüt Azerbaijan” MMC (VÖEN – 1005309101) dövlət büdcəsinə 201 min 460 manat 9 qəpik borcu var.
Məlumat üçün bildirək ki, “Özsüt Azerbaijan” MMC rəsmi dövlət qeydiyyatına 26.04.2018-ci ildə alınıb. MMC-nin qanuni təmsilçisi Əzməmmədov Renat Tofiq oğludur. Hazırda paytaxt Bakıda “Özsüt”ün 5 şöbəsi fəaliyyət göstərir.